.80.
Əbəsə
(Qaşqabağını tökdü) surəsi
(Məkkədə
nazil olmuşdur, 42 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
-
Yanına
korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
-
Nə
bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə)
təmizlənəcəkdir!
-
Yaxud
öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
-
(Var
dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə
(dövlətliyə) gəldikdə,
-
Sən
üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
-
Onun
(küfrdən) təmizlənməsindən sənə nə?!
-
Yüyürə-yüyürə sənin yanına gələn
-
Və
(Allahdan) qorxan kimsəyə gəldikdə isə,
-
Sən
ondan üz çevirirsən!
-
Xeyr!
(Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir
öyüd-nəsihətdir.
-
Kim
istəsə, ondan öyüd alar.
-
(Bu
Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
-
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara
toxuna bilməz).
-
(O,
Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə
(lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
-
(O
mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.
-
Ölsün
(kafir) insan! O nə nankordur!
-
(Bu
təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
-
(Allah
onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
-
Sonra
onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
-
Sonra
onu öldürüb qəbrə qoydu.
-
Sonra
da istədiyi vaxt onu dirildəcəkdir.
-
Xeyr,
(insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
-
İnsan
hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
-
Həqiqətən, Biz yağışı bol yağdırdıq.
-
Sonra
yeri gözəl yaratdıq (yaxşı yardıq),
-
Belə
ki, orada dən (dənli bitkilər) göyərtdik;
-
Üzüm və
yonca;
-
Zeytun
və xurma (bağları);
-
(Ağacları bir-birinə) sarmaşan bağçalar;
-
(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
-
(Bütün
bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
-
Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu
çalanda);
-
O gün
insan qaçacaq öz qardaşından;
-
Anasından, atasından;
-
Zövcəsindən və oğullarından!
-
O gün
onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında
olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
-
O gün
bir çox üzlər parlayacaq,
-
Güləcək, sevinəcəkdir.
-
O gün
bir çox üzlərə isə toz-torpaq qonacaq,
-
Onları
zülmət (yaxud his) bürüyəcəkdir.
-
Onlar
(pis əməllərə uyan) kafirlər, pozğunlardır!
Geri qayıt