.90.
əl-Bələd
(Şəhər) surəsi
(Məkkədə
nazil olmuşdur, 20 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
içirəm bu şəhərə (Məkkəyə) -
-
Sənin
yaşadığın (sənə halal olan) şəhərə;
-
And
içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu
İsmailə) ki,
-
Biz
insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər
əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə
üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)
-
Məgər
insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
-
Və: Mən
(Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?
-
Məgər o
heç kəsin onu görmədiyini güman edir?!
-
Məgər
Biz ona iki göz vermədikmi?!
-
Eləcə
də bir dil və qoşa dodaq (vermədikmi)?!
-
Biz ona
iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
-
Lakin
o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür
etmədi).
-
(Ya
Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
-
(O) bir
kölə azad etməkdir;
-
Yaxud
aclıq günü (zamanı) yemək verməkdir -
-
Qohumluq əlaqəsi çatan bir yetimə.
-
Və ya
(taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
-
Sonra
da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən
kimsələrdən olmaqdır!
-
Onlar
sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
-
Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol
əllərinə verilənlərdir!)
-
Onları
hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar,
oradan heç yerə çıxa bilməzlər!)
Geri qayıt