.98.
əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Kitab
əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər
özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan
deyildilər.
-
(Bu
açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən
göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
-
O
səhifələrdə doğru-dürüst hökmlər vardır.
-
Kitab
əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra
(dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi
onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
-
Halbuki
onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən
haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər.
Doğru-düzgün din budur!
-
Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm
odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
-
İman
gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
-
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn
cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar
da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!
Geri dön