.85.
əl-Buruc
(Bürclər) surəsi
(Məkkədə
nazil olmuşdur, 22 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun bürclər sahibi olan göyə;
-
And
olsun və’d olunmuş günə (qiyamət gününə);
-
And
olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və
onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
-
(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək
sahibləri (lə’nətə düçar olub) qətl edildilər.
-
O
xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
-
O zaman
onlar (xəndəklərin) kənarında oturub,
-
(Öz
əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa
edirdilər.
-
Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə
(tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
-
O Allah
ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
-
Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya
düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və
yandırıb-yaxın atəş əzabı gözləyir.
-
İman
gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan
cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
-
Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
-
Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən
Odur!
-
(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
-
Ərşin
sahibi də, şanlı-şərəfli olan da Odur!
-
O,
istədiyini edəndir.
-
(Ya
Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
-
Fir’on
və Səmud (ordularının)?
-
Xeyr,
kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
-
Onların
bütün ixtiyarı Allahın əlindədir!
-
Xeyr, o
(şe’r deyil) şanlı-şərəfli Qur’andır!
-
O,
lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə
bilməz, o heç zaman təhrif olunmaz!)
Geri qayıt