.111.
Əbu-Ləhəb
(Alov atası) surəsi
(Məkkədə
nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Əbu
Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o
ölsün!)
-
(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya:
oğul-uşağı).
-
O,
alovlu atəşə girəcəkdir.
-
Onun
odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən)
övrəti də həmçinin!
-
Onun
(övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın
uzunluğunda zəncir) olacaqdır!
Geri qayıt