.87.
əl-Ə’la (Ən
uca) surəsi
(Məkkədə
nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər
de!
-
O
Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
-
O
Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən
müəyyən etdi və (hamıya) yol göstərdi.
-
O
Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
-
Sonra
da onu (qupquru) qara çör-çöpə döndərdi.
-
(Ya
Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
-
Yalnız
Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa!
Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
-
Biz
sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
-
(Ya
Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət
ver!
-
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
-
Bədbəxt
(kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
-
(O
bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
-
Orada
nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri
olacaqdır!)
-
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
-
O kimsə
ki, Rəbbinin adını zikr edib namaz qılar!
-
Lakin
siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
-
Halbuki
axirət daha xeyirli və daha baqidir.
-
Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -
-
İbrahimin və Musanın kitablarında!
Geri qayıt