.89.
əl-Fəcr
(Dan yeri) surəsi
(Məkkədə
nazil olmuşdur, 30 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun dan yerinə;
-
And
olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on
gecəsinə);
-
And
olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan
məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
-
And
olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət
günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
-
Məgər
bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
-
(Ya
Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad
qövmünə)?!
-
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
-
(Elə
bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
-
(Məgər
görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud
qövmünə)?!
-
Eləcə
də saysız-hesabsız ordular sahibi Fir’ona?!
-
O
kəslər ki, məmləkətlərdə tüğyan edir,
-
Oralarda çoxlu fitnə-fəsad törədirlər.
-
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
-
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
-
İnsana
gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət
versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər.
-
Amma nə
zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı
(mənə xor baxdı)!” – söyləyər.
-
Xeyr!
(Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin
haqqını vermirsiniz).
-
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
-
Mirası
(halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını
vermirsiniz).
-
Mal-dövləti isə lap çox sevirsiniz.
-
Xeyr!
Yer dağılıb parça-parça olacağı;
-
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
-
Və
Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz
günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
-
O: “Kaş
ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” –
deyəcəkdir.
-
O gün
(Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
-
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
-
(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır: ) “Ey (öz
imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey
arxayın nəfs!”)
-
Dön
Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
-
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
-
(Onlarla birlikdə) Cənnətimə varid ol!”
Geri qayıt