.113.

 əl-Fələq (Sübh) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

  1. (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
  2. Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
  3. Zülmətə bürünməkdə olan gecənin (və ya:  batan ayın, ziyası sönən ulduzların) şərindən;
  4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud:  cadu edib iplərə düyün vuran) qadınların şərindən;
  5. Və bir də paxıllığı tutanda paxılın şərindən!”

Geri qayıt

Free Web Hosting