.105.
əl-Fil
(Fil) surəsi
(Məkkədə
nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə
Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
-
Məgər
(Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
-
Onların
üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
-
(O
quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
-
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə)
döndərdi!
Geri qayıt