.88.
əl-Ğaşiyə
(Bürüyən) surəsi
(Məkkədə
nazil olmuşdur, 26 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
-
(O gün)
bir çox üzlər zəlil görkəm alacaq;
-
(Onlar
Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
-
Yanar
oda girəcəkdir;
-
Və
onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
-
Onların
yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.
-
(O
yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
-
(O gün)
bir çox üzlər sevinəcək;
-
(Dünyadakı) zəhmətindən razı qalacaq;
-
(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
-
Və
orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
-
Orada
axar bulaq;
-
Orada
uca taxtlar;
-
(Çeşmələr kənarında) piyalələr;
-
Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
-
Və
döşənmiş (nəfis) xalılar vardır!
-
Məgər
dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
-
Göyə
(baxmırlar ki) necə ucaldılmışdır?
-
Dağlara
(baxmırlar ki) necə dikəldilmişdir?
-
Və yerə
(baxmırlar ki) necə döşədilmişdir?
-
(Ya
Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət
verənsən!
-
Sən
onların üzərində hakim deyilsən!
-
Lakin
kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
-
Allah
onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
-
Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
-
Onlarla
haqq-hesab çəkmək də Bizə aiddir!
Geri qayıt