.104.
əl-Huməzə
(Qeybətçi) surəsi
(Məkkədə
nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Dalda)
qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
-
O kimsə
ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
-
Və elə
zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
-
Xeyr!
(Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt
mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
-
Sən nə
bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
-
O,
Allahın yanar odudur.
-
Elə bir
od ki, ürəkləri yandırıb-yaxar.
-
O,
belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb
kilidlənəcəkdir.
-
Onlar
(Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
Geri qayıt