.82.
əl-İnfitar
(Parçalanma) surəsi
(Məkkədə
nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Göy
parçalanacağı zaman;
-
Ulduzlar dağılıb səpələnəcəyi zaman;
-
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
-
Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan
çıxacağı) zaman;
-
Hər kəs
(dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi
edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını)
biləcəkdir!
-
Ey
(kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən)
nədir?
-
O
Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
-
Sənə
Özü istədiyi surətdə biçim verdi.
-
Xeyr,
daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
-
Sizin
üstünüzdə gözətçi mələklər -
-
(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər
vardır.
-
Onlar
sizin nə etdiklərinizi bilirlər.
-
Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar
tutacaqlar.
-
Pis
əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
-
Onlar
(kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
-
Onlar
əsla oradan çıxan deyillər!
-
(Ya
Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
-
Bəli,
sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini
təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər
bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır –
Allaha səmimi-qəlbdən ibadət və itaət!)
-
O gün
heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
Geri qayıt