.84.
əl-İnşiqaq
(Yarılma) surəsi
(Məkkədə
nazil olmuşdur, 25 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Göy
yarılacağı,
-
Və
Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
-
Yer
uzanıb dümdüz olacağı;
-
Qoynunda olanları bayıra atıb boşaldacağı;
-
Və
Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan
dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
-
Ey
insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona
qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır.
Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra
Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə
alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay
halına!)
-
Kimin
əməl dəftəri sağ əlinə verilmişsə,
-
Onun
yüngül haqq-hesab çəkiləcək
-
Və o,
(Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
-
Kimin
əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
-
O: “Ay
öldüm!” – deyə şivən qopardacaq,
-
Və
Cəhənnəmə vasil olacaqdır!
-
O,
(dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
-
Və elə
zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna)
qayıtmayacaqdır.
-
Xeyr!
(Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna
qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
-
And
içirəm şəfəqə,
-
Gecəyə
və (gecənin) qoynuna aldıqlarına,
-
Bədirlənməkdə olan aya ki,
-
Siz (ey
kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
-
Onlara
nə olub ki, iman gətirmirlər?
-
Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?
-
Əksinə,
kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
-
Halbuki
Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
-
(Ya
Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə
ver!
-
İman
gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz
(tükənmək bilməyən) mükafat gözləyir!
Geri qayıt