.94.
əl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin
köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb
genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb
edər, vəhy qəbul etməyə layiq olar!)
-
Ağır
yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü
yüngülləşdirmədikmi?!)
-
(Elə
bir yük ki) sənin belini bükürdü.
-
Sənin
ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər;
xütbələrdə adın çəkilər!)
-
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız
çətinliklə hasil olar!)
-
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də
çətinliklərə səbirlə dözmək lazımdır!)
-
(Ya
Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad
oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)
-
Və
ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla,
Ona tərəf yönəl !)
Geri dön