.92.
əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
-
And
olsun işıqlanmaqda olan gündüzə;
-
And
olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
-
Sizin
zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə
Cəhənnəm üçün çalışırsınız).
-
Kim
(malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
-
Və ən
gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
-
Biz ona
ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
-
Amma
kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib
Allaha) möhtac olmadığını sansa,
-
Və ən
gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
-
Biz ona
ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün
hazırlayacağıq!)
-
(O,
Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
-
Bizim
öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə
hər kəsin öz işidir).
-
Axirət
də Bizim, dünya da Bizimdir!
-
(Ey
insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
-
Ora
ancaq azğın (kafir) daxil olar.
-
O kimsə
ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
-
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat
tapar).
-
O kimsə
ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
-
O
şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi
verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq
müqabilində heç kəsdən bir mükafat gözləməz).
-
O ancaq
ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
-
And
olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı
olacaqdır!
Geri dön