.107.
əl-Maun
(Zəkat) surəsi
(Məkkədə
nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
-
O elə
adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
-
Və
(xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də
özgəsini qoyar).
-
Vay
halına o namaz qılanların ki,
-
Onlar
öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını
vaxtlı-vaxtında qılmazlar);
-
Onlar
(namazlarında) riyakarlıq edər,
-
Və
(xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün
qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
Geri qayıt