.74.
əl-Muddəssir (Bürünüb sarınan) surəsi
(Məkkədə
nazil olmuşdur, 56 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ey
(libasına) bürünüb sarınan (Peyğəmbər)!
-
Qalx
(qövmünü Allahın əzabı ilə) qorxut!
-
Öz
Rəbbini uca tut!
-
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
-
(Əzaba
səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
-
(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)
-
Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək
bütün çətinliklərə) səbr et!
-
Elə ki,
sur çalındı,
-
O gün
çox ağır bir gün olacaqdır;
-
(O gün)
kafirlər üçün asan olmayacaqdır!
-
(Ya
Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi
kafirin cəzasını yalnız Mənə tapşır!)
-
Mən ona
bollu mal-dövlət əta etdim;
-
Yanında
hazır duran oğullar (verdim);
-
Ona
(hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına
döşədim).
-
(Bütün
bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
-
Xeyr
(bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
-
Mən onu
məşəqqətli bir əzaba düçar edəcəyəm!
-
O
(Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində)
ölçdü-biçdi.
-
Ölüm
olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).
-
Yenə də
ölüm olsun ona! Necə ölçdü-biçdi?!
-
Sonra
(qövmünün üzünə) baxdı.
-
Sonra
üz-gözünü turşutdu, qaşqabağını tökdü.
-
Sonra
da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
-
Və
dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
-
Bu
yalnız bəşər sözüdür!”
-
Biz onu
Səqərə atacağıq (orada yandıracağıq).
-
(Ya
Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!
-
O (heç
kəsi sağ) qoymaz və (salamat) buraxmaz!
-
İnsanı
yandırıb-yaxar!
-
Onun
üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.
-
Biz
cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq
kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi
(çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman
gətirənlərin imanının daha da artması, kitab əhlinin və mö’minlərin (bununla
əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin
qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu
misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi
kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır.
Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar
üçün ancaq bir öyüd-nəsihətdir!
-
Xeyr!
(İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;
-
Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə
-
Və
sökülməkdə olan dan yerinə ki,
-
(Cəhənnəm) böyük bəlalardan biridir!
-
(O,
Allahın əzabı ilə) qorxudur insanları -
-
Sizdən
(yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri!
-
Hər kəs
öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
-
Sağ
tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
-
Onlar
cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
-
Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə
deyəcəklər):
-
“Sizi
Səqərə (Cəhənnəmə) salan nədir?”
-
Onlar
deyəcəklər: “Biz namaz qılanlardan deyildik;
-
Yoxsulu
da yedirtməzdik;
-
Batilə
dalanlarla birlikdə biz də dalardıq;
-
Haqq-hesab gününü yalan sayardıq.
-
Ölüm
bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”.
-
Şəfaət
edənlərin şəfaəti onlara fayda verməz!
-
Onlara
nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).
-
Onlar
sanki vəhşi eşşəklərdir.
-
(O
eşşəklər ki) aslandan hürküb qaçarlar!
-
Xeyr,
onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər.
-
Xeyr,
daha doğrusu, onlar axirətdən qorxmazlar!
-
Xeyr,
bu (Qur’an) bir öyüd-nəsihətdir!
-
İstəyənlər ondan öyüd alar.
-
Bununla
belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də,
bağışlamağa da layiq olan ancaq Odur!
Geri qayıt