.77.
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə
nazil olmuşdur, 50 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud
küləklərə);
-
And
olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
-
And
olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
-
And
olsun (haqla batili) ayıranlara;
-
And
olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
-
(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan
vəhyi çatdıranlara) ki,
-
Sizə
və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
-
Ulduzlar sönəcəyi;
-
Göy
yarılacağı;
-
Dağlar
parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
-
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət
veriləcəyi zaman,
-
(Belə
soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
-
(Həmin
suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə
qədər!”
-
Nə
bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Məgər
Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
-
Sonra
axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
-
Biz
günahkarlarla belə rəftar edirik.
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Məgər
sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
-
Biz onu
möhkəm bir yerdə (ana bətnində) saxladıq,
-
Müəyyən
bir vaxta qədər.
-
Biz
(nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Məgər
Biz yeri məskən etmədikmi
-
Həm
dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər
gəzib-dolanar).
-
Biz
orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
-
O gün
vay halına (bu ne’mətləri) yalan sayanların!
-
(O gün
kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz
(cəhənnəm əzabının) içinə!
-
Girin
(cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
-
O
(sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
-
O (hər
biri) bir saray boyda qığılcımlar saçar.
-
O
(qığılcımlar), sanki sarı dəvə sürükləridir.
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Bu elə
bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
-
Onlara
üzr istəməyə izin də verilməz.
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Bu sizi
də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə
günüdür!
-
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz
varsa, Mənə qarşı qurun görək!
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
-
İstədikləri meyvə içində olacaqlar!
-
(Onlara
belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla
yeyin-için!
-
Biz
yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
(Siz ey
kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz
günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
Onlara:
“Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
-
O gün
vay halına (qiyaməti) yalan sayanların!
-
(Bu
kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama
inanacaqlar?!
Geri qayıt