.83.
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə
nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Vay
halına çəkidə və ölçüdə aldadanların!
-
O
kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb
alar,
-
Onlar
üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
-
Məgər
onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
-
Özü də
dəhşətli bir gündə?!
-
O gün
bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda
duracaqlar!
-
Xeyr!
Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların
əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
-
Sən nə
bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir,
bilirsənmi?)
-
O,
yazılı bir kitabdır!
-
O gün
vay halına yalan sayanların!
-
O
kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
-
Bunu
isə ancaq həddini aşan, günaha batan yalan sayar.
-
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir
(uydurmalarıdır!)” – deyər.
-
Xeyr
(belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar)
qaplamışdır.
-
Xeyr, o
gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
-
Sonra
Cəhənnəmə varid qalacaqlar.
-
Sonra
da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!”
deyiləcəkdir.
-
Xeyr!
(Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət
sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin
əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
-
Sən nə
bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
-
O,
yazılı bir kitabdır.
-
Onu
ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
-
Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində
olacaqlar.
-
Onlar
taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.
-
Sən (ey
Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
-
Onlara
(gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
-
Onun
(içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün
yarışsınlar!
-
Ona
təsnim (suyu) qatılmışdır.
-
O
(təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın
olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
-
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
-
(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə
qaş-göz edirdilər.
-
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları
üçün) kefləri kök qayıdırdılar.
-
Onlar
(mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” –
deyirdilər.
-
Halbuki
onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.
-
Bu gün
isə mö’minlər kafirlərə güləcəklər.
-
Onlar
taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
-
Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
Geri qayıt