.114.
ən-Nas
(İnsanlar) surəsi
(Məkkədə
nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ya
Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
-
İnsanların ixtiyar sahibinə;
-
İnsanların tanrısına;
-
Vəsvəsə
verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın
şərindən-
-
O
Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
-
(O
Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər
cinlərdən olsun, istər insanlardan!]”
Geri qayıt