.79.
ən-Naziat
(Can alanlar) surəsi
(Məkkədə
nazil olmuşdur, 46 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun (kafirlərin canını) zorla alanlara;
-
And
olsun (mö’minlərin canını) rahatlıqla alanlara;
-
And
olsun sür’ətlə üzənlərə;
-
And
olsun (bir-birini) ötdükcə ötənlərə;
-
And
olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən
mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün
Allahın hüzurunda duracaqsınız)!
-
O gün
sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
-
Onun
ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil
suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə
hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il
çəkəcəkdir).
-
O gün
ürəklər qorxub titrəyəcək,
-
Gözləri
(o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.
-
(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz
(öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!
-
Özü də
çürümüş sümüklər olduğumuz zamanmı?!”
-
Onlar
deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir
əzab durur).
-
(Ey
kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı
dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!
-
Onlar
dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!
-
(Ya
Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
-
O zaman
ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
-
“Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm
etməklə) çox azmışdır (həddini aşmışdır).
-
Və de:
“(Günahlardan) təmizlənmək istəyirsənmi?
-
Səni
Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”
-
(Musa
gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər
olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını)
göstərdi.
-
Lakin
(Fir’on Musanı) təkzib edib (ona) asi oldu.
-
Sonra
geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə,
Musaya qarşı tədbir tökməyə) tələsdi.
-
Və
(ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
-
“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”
-
Allah
da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və
əvvəlinci sözlərinin cəzasını verdi).
-
Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.
-
(Ey
kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;
-
Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
-
Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!
-
Bundan
sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu
yararlı hala saldı).
-
Ondan
suyunu və otlağını çıxartdı.
-
(Orada)
dağları yerləşdirdi.
-
(Bütün
bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.
-
O böyük
bəla (qiyamət) gələndə,
-
O gün
insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına
salacaqdır.
-
Cəhənnəm də hər görənə görünəcəkdir.
-
Kim
(dünyada) azğınlıq etmişsə,
-
Dünyanı
(axirətdən) üstün tutmuşsa,
-
Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
-
Amma
kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini
(şəfvəti) qadağan etmişsə,
-
Həqiqətən, onun yurdu Cənnətdir!
-
(Ya
Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt
qopacağı) barəsində soruşarlar.
-
Sən onu
(onun vaxtını) nə bilirsən?!
-
Onu
sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.
-
Sən
ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!
-
Onu
(qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam,
yaxud bir səhər qaldıqlarını sanacaqlar!
Geri qayıt