.78.
ən-Nəbə’
(Böyük xəbər) surəsi
(Məkkədə
nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Bu
müşriklər) bir-birindən nə haqqında soruşurlar?
-
Böyük
bir xəbər (qiyamət günü) haqqında!
-
Elə bir
xəbər ki, onun barəsində ixtilafdadırlar.
-
Xeyr,
onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
-
Bir də
(deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
-
Məgər
Biz yeri döşək etmədikmi?!
-
Dağları
da dirək?!
-
Biz
sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
-
Yuxunuzu da istirahət etdik.
-
Biz
gecəni (hər şeyi bürüyən) örtük etdik.
-
Gündüzü
isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
-
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
-
Sizin
üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
-
(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
-
Onunla
dən və bitki yetişdirək,
-
Eləcə
də (ağacları bir-birinə) sarmaşan bağlar.
-
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir
vaxtdır!
-
Sur
çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
-
(O gün)
göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
-
Dağlar
yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
-
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
-
O,
azğınların məskənidir.
-
Onlar
orada sonsuz müddət qalacaqlar.
-
Onlar
orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
-
Qaynar
sudan və irindən başqa!-
-
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
-
Çünki
onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır,
onun əzabından qorxmurdular).
-
Ayələrimizi də elə hey təkzib edirdilər.
-
Biz hər
şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb
təsbit etmişik).
-
İndi
(ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
-
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
-
Bağçalar və üzüm bağları,
-
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə
bir-birinə bənzər) həmyaşıd qızlar.
-
(Cənnət
şərabı ilə) dolu qədəhlər gözləyir!
-
Onlar
orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
-
(Bu,
müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
-
Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən
bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir
olmazlar!
-
Ruhun
(Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi
kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
-
Bu,
haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə)
Rəbbinə tərəf qayıdan bir yol tutar!
-
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq.
O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə:
“Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
Geri qayıt