.71.
Nuh surəsi
(Məkkədə
nazil olmuşdur, 28 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları
(Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
-
O dedi:
“Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir
peyğəmbərəm!
-
Allaha
ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
-
(Əgər
belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək
(əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə
saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib
çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”
-
O dedi:
“Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim!
-
Lakin
də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə
yaramadı.
-
Sənin
onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar
(də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni
görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular
və təkəbbür göstərdilər.
-
Sonra
mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.
-
Daha
sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli
bildirdim”.
-
Və
dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə
edən bəndəsinin günahlarını) çox bağışlayandır!
-
O sizə
göydən bol yağış göndərər;
-
O sizə
mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və
çaylar axıdar!
-
Sizə nə
olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət
və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman
gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid
bəsləmirsiniz?)
-
Halbuki
O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra
laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
-
Məgər
görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə
yaratdı?!
-
Orada
ayı bir nur, günəşi də bir çıraq etdi.
-
Və
Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
-
Sonra
sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
-
Allah
yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
-
Onun
geniş yollarında gəzəsiniz!”
-
Nuh
dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı
özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına)
tabe oldular.
-
(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
-
Və
(tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə)
Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”
-
Onlar
çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini
artır!”
-
Onlar
öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və
özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa
bilmədilər!
-
Nuh
dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
-
Çünki
sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq
pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
-
Ey
Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil
olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və
qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”
Geri qayıt