.68.
Nun və ya
əl-Qələm (Qələm) surəsi
(Məkkədə
nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Nun!
And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda
yazılanlara) ki,
-
Sən (ya
Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!
-
Və
həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
-
Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!
-
(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
-
Hansınızın divanə olduğunu!
-
Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da
ən gözəl tanıyandır!
-
Elə isə
(ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!
-
(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə
yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən,
onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan,
onlar da sənin Allahına ibadət etsinlər!)
-
(Ya
Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;
-
Qeybət
edənə, söz gəzdirənə;
-
Xeyrə
mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;
-
Daş
ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
-
O,
mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
-
Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” –
dedi.
-
Biz
(tezliklə) onun burnuna damğa basacağıq!
-
Biz
vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə
mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda
(onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
-
Və heç
bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
-
Onlar
yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
-
Və o
(yanıb) qapqara qaraldı (külə döndü).
-
Onlar
səhər qalxıb bir-birini belə səslədilər:
-
Əgər
(məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”
-
Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
-
“(Elə
edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”
-
Onlar
(yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.
[Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən
ötrü sübh tezdən yola düzəldilər]
-
(Bağı)
bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu)
azmışıq!
-
Xeyr,
biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
-
Onların
ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə
təqdis etməli olduğunuzu demədimmi?!”
-
Onlar:
“Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
-
Onlar
bir-birini danlamağa başladılar.
-
Və
dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
-
Ola
bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha
yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta
etməsini) diləyirik!”
-
(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş
biləydilər!
-
Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim
cənnətləti gözləyir!
-
Məgər
Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!
-
(Ey
kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi,
axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni
olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?
-
Yoxsa
(Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada
oxuyursunuz?!
-
Yaxud
orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!
-
Və ya
hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək
davam edəcək əhd almısınız?!
-
(Ya
Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?
-
Yoxsa
onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları
barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə,
qoy şəriklərini gətirsinlər!
-
İş
çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə
gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və
səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir
olmayacaqlar.
-
Gözləri
zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar
(dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular.
-
(Ya
Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz
onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik.
-
Onlara
(daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim
əzabım dözülməz dərəcədə şiddətlidir.
-
Yoxsa
sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və
onlar ağır borc yükü altında qalıblar?!
-
Yoxsa
qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri
məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün
olacağını oradan öyrənib) yazırlar?!
-
(Ya
Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər)
kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında)
qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi.
-
Əgər
Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru
yerə (səhraya) atılacaqdı.
-
Amma
(tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və
salehlərdən (peyğəmbərlərdən) etdi.
-
(Ya
Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan
həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr.
Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər.
-
Halbuki
bu (Qur’an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun
nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)
Geri qayıt