.101.
əz-Qariə
(Ürəkləri dəhşətə salan qiyamət) surəsi
(Məkkədə
nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Ürəkləri dəhşətə salan qiyamət!
-
Nədir
qiyamət?!
-
Sən nə
bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
-
O gün
insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə
qatışacaq);
-
Dağlar
isə didilmiş yun kimi olacaqdır!
-
(O gün)
tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,
-
(Cənnətdə) xoş güzəran içində olacaq!
-
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
-
Məskəni
Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
-
Sən nə
bilirsən ki, o (Haviyə) nədir?!
-
O çox
qızmar bir atəşdir!
Geri qayıt