.97.
əl-Qədr (Qədr gecəsi) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına)
nazil etdik!
-
(Ya
Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
-
Qədr
gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on
doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə
iyirmi yeddisinə təsadüf edir).
-
O gecə
mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr
gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından
əmrlər alaraq) yerə enərlər.
-
O gecə
dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr
gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O
gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.
Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Geri dön