.75.
əl-Qiyamə
(Qiyamət) surəsi
(Məkkədə
nazil olmuşdur, 40 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
içirəm qiyamət gününə;
-
And
içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan
nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
-
Məgər
insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa
bilməyəcəyik?!
-
Bəli,
Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da)
düzəltməyə qadirik!
-
Lakin
insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək)
istəyər.
-
Və
(istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.
-
Göz
(heyrətdən) bərələcəyi;
-
Ay
tutulacağı;
-
Günəşlə
ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
-
Məhz o
gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.
-
Xeyr,
(o gün) heç bir sığınacaq olmayacaqdır!
-
O gün
(ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
-
O gün
insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü
işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər
veriləcəkdir!
-
Doğrusu, insan özü-özünə şahiddir!
-
O, hər
cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
-
(Ya
Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək
üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız
dinlə!)
-
Çünki
onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
-
Biz onu
(Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
-
Sonra
onu (sənə) bəyan etmək də Bizə aiddir!
-
Xeyr,
xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
-
Axirəti
isə tərk edirsiniz.
-
O gün
neçə-neçə üzlər sevinib güləcək,
-
Öz
Rəbbinə baxacaqdır!
-
O gün
neçə-neçə üzlər tutulub qaralacaq,
-
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını
anlayacaqdır!
-
Xeyr,
(can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
-
“(Onu
bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,
-
(Can
üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
-
Və
(ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
-
Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
-
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.
-
Amma
(Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
-
Sonra
da özünü darta-darta ailəsinin yanına getdi.
-
Vay
sənin halına, vay!
-
Yenə də
vay sənin halına, vay!
-
Məgər
insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
-
Məgər o
tökülən bir qətrə nütfə deyildimi?!
-
Sonra
laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə
saldı).
-
Sonra
da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
-
Elə isə
O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
Geri qayıt