.81.
ət-Təkvir
(Sarınma) surəsi
(Məkkədə
nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Günəş
(əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
-
Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
-
Dağlar
yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
-
(Bədəvi
ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
-
Vəhşi
heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
-
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
-
Ruhlar
(bədənlərə) qovuşacağı zaman;
-
Diri-diri torpağa gömülən körpə qızdan:
-
“Axı o
hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;
-
Əməl
dəftərləri açılacağı zaman;
-
Göy
(yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
-
Cəhənnəm alovlandırılacağı zaman;
-
Və
Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;
-
Hər kəs
(dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
-
And
içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
-
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə
(Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
-
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
-
Və
sökülməkdə olan dan yerinə ki,
-
Bu
(Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin)
gətirdiyi kəlamdır.
-
(Elə
bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir
(izzətlidir).
-
(Elə
bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında
vəhyə) e’tibarlı müvəkkildir.
-
(Ey
Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə
deyildir!
-
And
olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
-
O, qeyb
(vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
-
O
(Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
-
Elə isə
(siz ondan üz döndərib) hara gedirsiniz?
-
O,
aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
-
Eləcə
də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
-
(Onu da
bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə
bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə
Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə
siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül
edin!)
Geri qayıt