.86.
ət-Tariq
(Gecə gələn) surəsi
(Məkkədə
nazil olmuşdur, 17 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
-
(Ya
Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
-
(O,
zülməti yaran) parlaq ulduzdur!
-
Elə bir
kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
-
Elə isə
insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
-
O, axıb
tökülən bir sudan (nütfədən) yaradılmışdır.
-
(O su
kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
-
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
-
Bütün
sirlərin aşkar olacağı o qiyamət günü;
-
(O gün)
insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
-
And
olsun yağış sahibi olan göyə;
-
And
olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
-
Bu
(Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!
-
O,
oyun-oyuncaq (əyləncə) deyildir!
-
Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.
-
Mən də
(hiylələrinə qarşı) onlara cəza verirəm.
-
Elə isə
(ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
Geri qayıt