.102.
ət-Təkasur
(Çoxluqla öyünmə) surəsi
(Məkkədə
nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
(Ey
qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə
öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
-
Hətta
(məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz
üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan)
ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
-
Xeyr!
(Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini)
mütləq biləcəksiniz!
-
Xeyr,
xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini)
mütləq biləcəksiniz!
-
Xeyr,
əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani
dünya malına uymazdınız)!
-
(Ey
müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
-
Bəli,
siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
-
Sonra
da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq
sorğu-sual olunacaqsınız!
Geri
qayıt