.95.
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun əncirə və zeytuna;
-
And
olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
-
And
olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
-
Biz
insanı ən gözəl biçimdə yaratdıq!
-
Sonra
da onu qaytarıb rəzillərin rəzili edərik!
-
Yalnız
iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz
(saysız-hesabsız) mükafat gözləyir.
-
(Ey
kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü)
yalan saymağa vadar edən nədir?!
-
Məgər
Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Geri dön