.56.
əl-Vaqiə
(Vaqiə) surəsi
(Məkkədə
nazil olmuşdur, 96 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Qiyamət
vaqe olacağı (qopacağı) vaxt
-
Onun
vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
-
O
(kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
-
Yer
hərəkətə gəlib şiddətlə titrədiyi,
-
Dağlar
parça-parça olub ovxalandığı
-
Və toz
kimi səpələndiyi zaman
-
Siz (ey
insanlar!) üç zümrəyə ayrılacaqsınız:
-
Sağ
tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf
sahibləri? (Nə uğurludur onlar!)
-
Sol
tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf
sahibləri? (Nə uğursuzdur onlar!)
-
Və öndə
olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə
olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
-
Onlar
(Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
-
Onlar
Nəim cənnətlərində olacaqlar.
-
(Öndə
olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
-
Biz azı
da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
-
(Onlar
qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
-
Onlara
(o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
-
Onların
dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
-
(Cənnət
bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
-
(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
-
(O
cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
-
Və
istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
-
(Onlar
üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
-
(O
hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış)
incidirlər.
-
Onlar
(bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail
olacaqlar.
-
Onlar
orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
-
Eşitdikləri söz ancaq “salam” olacaqdır.
-
Sağ
tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf
sahibləri?
-
(Onlar)
tikansız sidr ağacları,
-
Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
-
Çəkilməyən (daimi) kölgəliklərdə;
-
Axar su
kənarında;
-
Bol
meyvələr –
-
Tükənməz və qadağan edilməyən (meyvələr) içində
-
Və
(bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və
qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
-
Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla,
doğulmadan) yaradacağıq!
-
Onları
bakirə qızlar,
-
Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
-
Sağ
tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
-
(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
-
Bir
çoxu da axırıncılardandır (bu ümmətdəndir).
-
Sol
tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol
tərəf sahibləri?
-
(Onlar)
səmum yeli (qızmar atəş) və qaynar su içində,
-
Qapqara
duman kölgəsində olacaqlar!
-
(O
kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
-
Onlar
bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.
-
Özləri
də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
-
Və belə
deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra,
həqiqətən, yenidən dirildiləcəyikmi?!
-
Yaxud
bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
-
(Ya
Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
-
Mə’lum
bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm
ediləcəklər.
-
Sonra,
siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
-
Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
-
Qarınlarınızı onunla dolduracaqsınız.
-
Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
-
Özü də
onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
-
Bu
onların haqq-hesab günündəki ziyafətidir.
-
(Ey
kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən
dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
-
Bəs
(bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
-
Ondan
(insan) yaradan sizsiniz, yoxsa Biz?!
-
Sizin
aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz
əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
-
(Sizi
yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz
etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
-
And
olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə
(sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
-
Bəs
əkdiyiniz (toxuma) nə deyirsiniz?
-
Onu
bitirən sizsiniz, yoxsa Biz?!
-
Əgər
Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:
-
“Biz
ziyana uğramış,
-
Bəlkə,
(hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
-
Bəs
içdiyiniz suya nə deyirsiniz?
-
Onu
buluddan endirən sizsiniz, yoxsa Biz?!
-
Əgər
istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə)
şükür etmirsiniz?
-
Bəs
(yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
-
Onun
ağacını yaradan sizsiniz, yoxsa Biz?
-
Biz onu
(sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan
müsafirlərin faydalanması üçün yaratdıq.
-
Belə
olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
-
Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and
olsun ki –
-
Kaş
bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
-
(Sizə
oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
-
(O,
Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır,
yaxud lülələnib bükülmüş kağızlardadır).
-
Ona
yalnız pak olanlar toxuna bilər!
-
(O)
Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
-
İndi
siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
-
Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
-
(Can)
boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
-
Siz
(ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
-
Biz ona
sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
-
Əgər
sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab
çəkilməyəcəksə,
-
Və əgər
(“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru
deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
-
Amma
əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın
olanlardandırsa,
-
(Onu)
rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
-
Əgər o,
sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
-
(Ona
özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam
olsun!” (deyiləcəkdir).
-
Əgər
(ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan
azanlardandırsa,
-
(Ona)
qaynar su ziyafəti veriləcək
-
Və özü
də Cəhənnəmə atılacaqdır.
-
Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
-
Elə isə
(ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et!
(Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)
Geri dön