.99.
əz-Zilzal (Zəlzələ) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
Yer
özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
-
Yer öz
yükünü çıxardıb atacağı zaman;
-
İnsan
(təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
-
Məhz o
gün (yer) öz hekayətini söyləyəcəkdir -
-
Çünki
(bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
-
O gün
insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə)
dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol
tərəfdə olacaqlar).
-
Kim
(dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir
(mükafatını alacaqdır).
-
Kim də
zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını
çəkəcəkdir).
Geri dön