.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
-
And
olsun səhərə;
-
And
olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
-
(Sənə
bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi,
nə də sənə acığı tutdu.
-
Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
-
Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz
ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
-
Məgər O
səni yetim ikən tapıb sığınacaq vermədimi?!
-
Sənin
şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol
göstərmədimi?!
-
Səni
yoxsul ikən tapıb dövlətli etmədimi?!
-
Elə isə
yetimə zülm etmə!
-
Dilənçini də (qapıdan) qovma!
-
Və
(həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!
Geri dön